19 Şubat 2012 Pazar

İmanımı Gömdüm

İmkanə çatıb qəm dolu dövranımı gömdüm,
Pul gördü cibim, naleyi-əfğanımı gömdüm.

Gördüm ki, kimin vicdanı var, gündə əzirlər,
Alqan edib insafımı, vicdanımı gömdüm.

Rüşvət nə şirinmiş, onu ilk dəfə dadandan,
Lənət oxuyub şeytana, imanımı gömdüm.

Haqq əhli üçün torba tikib böhtan atandan,
Hey mənsəb alıb, dərdimi, böhranımı gömdüm.

Haqsız yerə çox haqlıya meydan oxudum mən,
Fitvanı verib xeyli müsəlmanımı gömdüm.

İnsan deyil, insanlıq ölübdür bu diyarda,
Çoxdurmu, ölən bir nəfər insanımı gömdüm.

İnsandı ki, cin sandığım övladi-bəşərdir,
İnsanlığa dair ədəb-ərkanımı gömdüm.

Bir gün yuxu gördüm ölürəm, pul çıxır əldən,
Heç kimsəyə bəxş etmədim imkanımı, gömdüm.

Şeytan dedi: Allaha olan eşqini dəfn et,
Duydum pula xatir dəli şeytanımı gömdüm.

Qardaş qanı, dostun canı boş şeydi pul üçün,
Dollar cibə girsin deyə, öz canımı gömdüm.

İnsanlığı ehsanlıq edən dövrdə Qasim,
İnsanlıq üçün verdiyim ehsanımı gömdüm.

Qasimbala Səfərov.-19.02.12.

Şair Hakkında;

Səfərov Qasımbala 1987-ci ildə dünyaya göz açıb. 2006-cı ildə orta məktəbi bitirib ali məktəbə qəbul olunub. Ali məktəbi bitirdikdən sonra, 2010-cu ildə ordu sıralarına çağırılıb. Şeir aləmində hansısa uğuru olmasa da, haqqı deməkliyi ən böyük uğurlardan hesab edir. 2002-ci illərdən kiçik və satirik şeirlər yazır. Satira sahəsində Sabirdən, Baba Pünhandan bəhrələnmişdir. Həmçinin, qəzəl və ya şeir janrında Fizuli, Nizami, Nəsimi, Xətai, Seyyid Əzim, Şəhriyar və başqaları onun ilham mənbəyi olub.­­

Hiç yorum yok:

Yorum Gönder

Devlet Kuracaklarmış!

AKP’nin eski MKYK üyesi Ayhan Oğan ne demişti? “Yeni devlet kuruyoruz, kurucu lideri Recep Tayyip Erdoğan.” Bu söz söylendikten s...