Qasımbala Səfərov etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qasımbala Səfərov etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

17 Mart 2012 Cumartesi

Əlidir


Başqa bir kimsə deyil, kaşifi-əsrar Əlidir,
Haqqın ihyası üçün eyləyən israr Əlidir.

Sorma aləmdə məqami-Əlini, dərk elə, bil,
Ayə vardır- “təvəffəna mə`əl-əbrar”, Əlidir.

Kim Əlinin tuta bilmişsə, desin nöqsanın,
Gəzmə bihudə-əbəs, “Alihil-əthar” Əlidir.

Əhli-İslam gələ ta Məkkəyə ki, həcc üçün,
“Ləbbeyk” zikr eləyən dildəki iqrar Əlidir.

Haqq Əliylə, Əli də, Haqq ilədir, böylə bilin,
Haqqa təsdiq ilə hər batilə inkar Əlidir.

Xeybəri fəth elədi xalisi-imanı ilə,
Mərhəbə, Harisə dünyanı edən dar, Əlidir.

Zülfəqar qüdrətinin şahididir cümlə-bəşər,
Məhv edən Əbduvədi- bircə igid var, Əlidir.

Qasimin həddi nədir, Ali Məqamdan danışa,
Şahi-Təqva adını dildə edə car, Əlidir.

Qasımbala Səfərov.

Aslan, Fare.. Kedi...

  Aslanın sindiği, sinmek yanlış oldu, köşesine çekildiği zamanlarda, farelerin kükremesi doğaldır. Fare kükreyince yine doğal olarak, kedi ...