3 Ağustos 2015 Pazartesi

Ey Şəhid!

Sən canından keçmisən ki, mən qalım sağ, ey Şəhid?
Tikdirim öz nəslimə həm villa, həm bağ, ey Şəhid?

Sən Vətən var söyləyib, keçdin canından böyləcə,
Mən, gedən var? söyləyib, gizləndim ancağ, ey şəhid!

Sən dedin bayraq ucalsın, dalğalansın hər zaman,
Mən dedim villam ucalsın, sonra bayrağ, ey Şəhid.

Sən canından keçməyinlə, hey ucaldın, mən isə,
Alçalıb oldum ən alçağdan da, alçağ, ey Şəhid.

Sən şəhid olmaqla çəkdin ailənin dağ qəlbinə,
Mən də, öz ailəmlə çəkdim kefi hər çağ, ey Şəhid!

Sən dedin torpaq əzizdir, can fəda olsun gərək,
Mən dedim ki, can şirindir, getdi torpağ, ey Şəhid.

Sən şəhidliklə igidlik göstərənsən, mən isə,
Zillət içrə dövr edən aciz və qorxağ, ey Şəhid.

Sən şəhadət şərbətin içdin və hurriyyətdəsən,
Mən də, zillət zindanında adi dustağ, ey Şəhid.

Hər gün ölkəmdə şəhidlər ruhuna təhqir ilə,
Bir daha əlbəttə ki, dönməz Qarabağ, ey Şəhid.

Qasımbala Səfərov.


(Not: 2012 yılında Blog’umda yayınlamıştım. O tarihten beri şairinden haber alamıyorum. Günümüz şartları bu şiiri yeniden hatırlattı…)

Hiç yorum yok:

Yorum Gönder

Aslan, Fare.. Kedi...

  Aslanın sindiği, sinmek yanlış oldu, köşesine çekildiği zamanlarda, farelerin kükremesi doğaldır. Fare kükreyince yine doğal olarak, kedi ...